Ana və oğlu döyüldü, avtomobillərinə ziyan vuruldu

Ana və oğlu döyüldü, avtomobillərinə ziyan vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

Tribuna.az  report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu – 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.

Daha sonra G. Həmzəyevə məxsus “VAZ 2106” markalı maşına da zərər verilib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.