Giessen Universitetinin alimi Mixael Deşpegel artıq çəkidən və piylənmədən əziyyət şəkən insanlara kömək edəcək “2+2+4” qaydası haqqında danışıb.
TİA.AZ xəbər verir ki, bu qaydanın mahiyyəti növbəli məşqlər və düzgün qidalanmadır.
Beləliklə, ilk iki gündə orta intensivlikdə, sonrakı iki gündə aşağı intensivlikdə kardio məşqlər etməlisniz. Bütün bu dörd gündə düzgün qidalanmaq lazımdır. Kardio məşqlərə qaçış, velosiped sürmə, üzgüçülük və Skandinav gəzintisi daxildir. Ağır məşqlərlə evdə məşğul ola biləriniz.
Həftənin qalan üç günü məşqləri dayandırıb, ciddi pəhriz qaydalarına əməl edə bilərsiniz. “Həftənin qalan üç günü üçün “günah edə” və bir az tənbəl ola bilərsiniz”, – mütəxəssis deyib. Deşpegel ağır təliminin metabolik prosesləri gücləndirdiyini və artıq piyləri xaric etdiyini vurğulayıb. Ağır məşqlər əzələlərin güclənməsinə kömək edir ki, bu da çox vacibdir.
Qeyd edək ki, bu sxemin Almaniyanın 150 sakini üzərində sınaqdan keçirildiyi və 12 həftədən sonra nəticə verdiyi vurğulanır. Kişilərin və qadınların beli bundan sonra orta hesabla 5 sm incəlib. Desşegel xatırladıb ki, artıq yağ kütləsi insan sağlamlığı üçün təhlükə yaradır. Normanın aşılması (kişilər üçün 106 sm-dən, qadınlar üçün 94 sm-dən yuxarı) şəkər xəstəliyinin inkişafı və qan təzyiqinin artmasına səbəb olur.









