Akademik Musiqili Teatrda “Gələcək, Təhsil və Sosial dəyərlər” layihəsi çərçivəsində “Qızların Elm Yolu” adlı tədbir keçirilib

Akademik Musiqili Teatrda “Gələcək, Təhsil və Sosial dəyərlər” layihəsi çərçivəsində “Qızların Elm Yolu” adlı tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Gələcək, Təhsil və Sosial dəyərlər” layihəsi çərçivəsində “Qızların Elm Yolu” adlı tədbir keçirilib.
Musiqili Teatrla Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin birgə layihəsi kimi həyata keçirilən tədbirdə gənclərin təhsil, inkişaf və sosial dəyərlərə bağlılığını gücləndirən təşəbbüslərin nəticələri təqdim olunub, gələcək əməkdaşlıqlar və yeni istiqamətlər barədə iştirakçılarla fikir mübadiləsi aparılıb, o cümlədən təhsilin cəmiyyətdəki önəmini vurğulamaq məqsədilə tələbə və gənclərin hazırladığı xüsusi tamaşa da nümayiş etdirilib.
Bir sıra dövlət qurumlarının nümayəndələrin də izlədiyi tamaşa böyük maraqla qarşılanıb.
Daha sonra layihənin ümumi təşkilati fəaliyyəti və sosial layihələrin icrasını əks etdirən videoçarx nümayiş etdirilib.