Ağayi: “Cənubdan İrana qarşı hücum ola bilər”

Ağayi: “Cənubdan İrana qarşı hücum ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Zaman keçdikcə Hörmüz boğazı kartı İran üçün zəifləyir və Tehranın bu rıçaqla manevr gücü azalır”.

Tribuna.az xəbər verir ki, bu fikirləri iranlı ekspert Hüseyn Ağayi deyib.

O bildirib ki, belə bir şəraitdə İran atmosferi daha riskli hala gətirməklə və gərginliyi artırmaqla bu qarşıdurmada kartlarını itirməməyə çalışır. “Əksinə, ABŞ da bu vəziyyətə cavab verməyi planlaşdırır. Bu əməliyyat, ehtimal ki, tammiqyaslı müharibəyə gətirib çıxarmayacaq. Çünki Vaşinqton məqsədlərinin mühüm bir hissəsini iqtisadi təzyiq vasitəsilə həyata keçirir. Lakin cənub cəbhəsində İrana qarşı əməliyyat keçirmək ehtimalı var”.

Fərda Uğur