AFFA “Sumqayıt”ın baş məşqçisi Saşa İliç və “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasovu cəzalandırılıb.
Tribuna.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
İliç Azərbaycan Premyer Liqasında 13-cü tura təsadüf edən oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq cəzalandırılıb və “Sumqayıt” 10000 manat cərimə edilib.
Abbasov isə rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, “Şamaxı” isə 2000 manat cərimələnib.









