AFFA “Qarabağ”ı cəzalandırdı

AFFA “Qarabağ”ı cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda “Sabah-2” ilə matçdan meydandan çıxıb sonra geri qayıdan “Qarabağ-2”ni cəzalandırıb.

Tribuna.az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib.

Bundan başqa oyundan sonra stadiona ziyan vuran “Sabah-2” barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək.

Qeyd edək ki, “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev “Sabah-2” ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.

Sənan Məmmədli