AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

Tribuna.az  xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.

Sənan Məmmədli