Adnan Oktarın 30 illik “qara qutu”sundan dəhşətli etiraflar

Adnan Oktarın 30 illik “qara qutu”sundan dəhşətli etiraflar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adnan Oktarın “qara qutusu” hesab edilən Ece Koç dünən gecə Silivri Həbsxanasından azad edilib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oktarın 30 illik müridi olan Ece Koç əhəmiyyətli məlumatlar verib.
Adnan Oktarın beynəlxalq lobbi fəaliyyətlərindən məsul olan qadın “imam”ın 78 səhifə ifadə verdiyi öyrənilib.
Təşkilatın İsrail, ABŞ və FETÖ əlaqələri haqqında mühüm bəyanatlar verən Ece Koç Türkiyəyə gələn israilli din xadimləri ilə bağlı etiraflar edib. Ece Koçun ifadəsində təşkilatın turniket sistemi, qadınları kölələşdirmə və az yaşlı qız uşaqlarına təcavüz olunması haqqında etiraflar etdiyi də deyilir.
Qadın ifadəsində onu da bildirib ki, Adnan Oktarın vəkilləri vasitəsilə həbsxanadan təşkilatı idarə edir.
30 ildir ki, təşkilat içərisində olan Ece Koçun Adnan Oktarın göstərişləri əsasında həyat yoldaşından ayrıldığı və uşağını 25 ildir görmədiyi ortaya çıxıb. Dünən Silivri Həbsxanasından azad edilən qadın 25 ildir görmədiyi oğluna qovuşub.