Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq

Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktar bu gün ilk dəfə İstanbulda Silivri Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

TİA.AZ-ın“Cnnturk”ə istinadən verdiyi xəbərə görə, 226 şübhəli barədə 24 ayrı cinayət maddəsi əsasında ittiham irəli sürülüb. İttiham aktı 3 min 908 səhifədən ibarətdir.

Prosesin ilk günündə Oktar da daxil olmaqla 164 şübhəli şəxs ilə vəkilləri qatılıb.