ABŞ son iki gündə İrana məxsus 6 yük gəmisini batırıb.
Tribuna.az xəbər verir ki, ilk iki yük gəmisi raketlə vurulub.
Məlumatda deyilir ki, Hörmüz boğazından keçməyə çalışan hər iki gəmiyə xəbərdalıqdan sonra hücum edilib. Bundan başqa, ABŞ İrana məxsus daha bir gəmini müsadirə edib. CENTCOM bildirib ki, həmin gəmi sanksiyalar altında olub.
Dünən isə ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, İranın Cask bölgəsi yaxınlığında ABŞ qüvvələri tərəfindən dörd tankerə hücum edilib. Tankerlərin təchizat çatdırdıqdan sonra boş olduğu və İrana doğru getdiyi deyilir. Tankerlərin dördü də məhv edilib.
Fərda Uğur









