ABŞ Dünya Çempionatından 18 milyard qazanıb – Tramp

ABŞ Dünya Çempionatından 18 milyard qazanıb – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il FIFA Dünya Kuboku ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib və 160 mindən çox insana iş yeri yaradıb.

Tribuna.az xəbər verir ki, bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. O, Truth Social hesabında bununla bağlı paylaşım edib: “Təkcə FIFA Dünya Kuboku iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirib və 160 mindən çox insana iş yeri yaradıb!”

2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilib. Orada ilk dəfə 48 komanda iştirak edib. Bundan əvvəl FIFA prezidenti Canni İnfantino “Blue Sport”a verdiyi açıqlamada FIFA-nın Dünya Kubokunda iştirak edən komandaların sayını 64-ə çatdırmağı nəzərdən keçirə biləcəyini bildirib.