ABŞ-a getmək istəyən Azərbaycan vətəndaşlarına pis xəbər

ABŞ-a getmək istəyən Azərbaycan vətəndaşlarına pis xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırıb.

 

Tribuna.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, iyunun 17-dən ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 ABŞ dollarından 185 ABŞ dollarına çatdırılacaq.