Uşaq yaşlarında qaçırılan çinli Li Cinqvey (Li Jingwei) 33 il sonra yalnız uşaqlıq xatirələrinə əsaslanaraq çəkdiyi xəritə sayəsində doğma ailəsini tapıb.
Tribuna.az xarici mediaya isyonadən xəbər verir ki, 1989-cu ildə, cəmi 4 yaşı olarkən Çinin bir kəndindən qaçırılan Li ailəsindən 1800 kilometr uzaqda başqa bir ailəyə satılıb.
O, böyüdükcə doğulduğu kəndi və ailəsini unutmaqdan qorxduğu üçün yaddaşında qalan mənzərəni dəfələrlə kağıza köçürüb. Li evlərinin yaxınlığındakı bambuk meşəsini, gölməçəni, düyü sahələrini və məktəbi hər gün çəkərək həmin xatirələri yaddaşında qorumağa çalışıb.
37 yaşına çatanda isə əsl ailəsini tapmağa qərar verən Li uşaqlıq yaddaşındakı xəritəni cəmi 10 dəqiqə ərzində yenidən çəkərək sosial şəbəkədə paylaşıb. Paylaşım qısa müddətdə böyük maraq doğuraraq geniş yayılıb.
Xəritədəki detalları araşdıran Çin polisi Yunnan əyalətində yerləşən bir kəndi müəyyən edib. Daha sonra aparılan DNT analizi Li Cinqveyin həqiqətən həmin ailənin övladı olduğunu təsdiqləyib.
Beləliklə, 33 illik ayrılıq sona çatıb və Li Cinqvey göz yaşları içində anasına qovuşub.









