2 yaşlı uşaq kimyəvi maddə içdi: “Qida borusu və mədəsi…” – Video

2 yaşlı uşaq kimyəvi maddə içdi: “Qida borusu və mədəsi…” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 yaşlı uşaq mətbəxtə istifadə edilən kimyəvi yağ çözücü maddə içib.

Tribuna.az xəbər verir ki, hadisə Azərbaycanda baş verib. Məlumatı paylaşan həkim Aydın Əliyev bildirib ki, 2 yaşlı uşaq əlçatan yerə qoyulan kimyəvi maddəni içib və nəticədə uşağın qida borucu və mədəsinin bir hissəsi yanıb.
Həkim bildirib ki, yanıq nəticəsində azyaşlının qida borucunun bir hissəsi daralıb:
“Uşaq artıq bərk qidalar qəbul edə bilmir və bərk qidaları qaytarır. Həmçinin mədədə də yanma olub.
Bunu paylaşmaqda məqsədimiz valideynləri xəbərdar etməkdir. Belə kimyəvi maddələri uşaqların əli çatacaq yerdə saxlamaq olmaz”.

Nigar İxtiyarqızı