ZƏLZƏLƏ İLƏ BAĞLI DAHA BİR AÇIQLAMA GƏLDİ: ÜMİD EDƏK Kİ…

ZƏLZƏLƏ İLƏ BAĞLI DAHA BİR AÇIQLAMA GƏLDİ: ÜMİD EDƏK Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümid edək ki, tektonik laylar öz enerjisini boşalda bildi və hansısa yaxın zamanlara bir boşluq buraxmayıb”. Tribuna.az yazır ki, coğrafiyaçı Ramil Həsənov bu qənaətdədir. Onun sözlərinə görə,
insanoğlu nə qədər özündən razı olsa da, dünyaya hakimlik etdiyini bildirən superdövlətlərin belə cəmi bir neçə kilometr yerin altından bir sıra hipotezlər xaric bir bilgisi yoxdur: “Geologiyanın bildiyi tektonik layların xəritələri və müəyyən uzun zaman intervalında baş verə biləcək enerji boşalmalarıdı. Son nəticə olaraq, zəlzələni hələ də hər kəs sadəcə baş verəndən sonra bilir. Mahiyyət olaraq sırf bu prizmada qədim şumerlərdən elə də çox yol qət etməmişik. Onlar da zəlzələni sonradan bilirdilər və hansısa bilinməyən qüvvənin yerin altında dünyanı silkələdiyinə inanırdılar”.