Yüzlərlə pizza sifariş verdi, saxlanıldı

Yüzlərlə pizza sifariş verdi, saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada 23 yaşlı şəxs yüzlərlə saxta pizza sifarişi verdiyinə görə saxlanılıb.

 Tribuna.az xəbər verir ki, Polşanın Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bürosunun məlumatına görə, Şetsin şəhərindən olan şəxs izləmə, şəxsiyyət saxtakarlığı və bir neçə şirkətə ciddi maliyyə zərəri vurmaqda şübhəli bilinir.

Müstəntiqlər bildiriblər ki, yüzlərlə pizza başqa şəxslərin adından sifariş edilərək təsadüfi ünvanlara göndərilib. Adlarından istifadə edilən şəxslərin isə sifarişlərdən xəbəri olmayıb.

İstintaq çərçivəsində sifarişlərin necə verildiyi və ünvanların hansı səbəbdən seçildiyi açıqlanmayıb.

Şübhəli şəxs təqsirli bilinərsə, 8 ilədək həbs cəzası ala bilər.