Yerevanda Elton Cona yumurta atdılar

Yerevanda Elton Cona yumurta atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşı ilə Yerevana gələn tanınmış britaniyalı müğənni Elton Cona yumurta atıblar.

Oxu.Az “Yerkramas” portalına istinadla xəbər verir ki, isti qarşılanmaya baxmayaraq, səfər insidentsiz keçməyib.

Hücumun səbəbləri açıqlanmasa da, bunun müğənninin qeyri-ənənəvi cinsi oriyentasiyası səbəbindən baş verməsini anlamaq çətin deyil.

Hadisəni törədən 34 yaşlı Yerevan sakini Vaan Qriqoryan olub. O, polisə özü təslim olub. İfadəsi alındıqdan sonra o, azadlığa buraxılıb.