“Bundan sonra inşa olunacaq stansiyalarda səviyyələr nəzərə alınacaq, təxliyə məsələlərinə müasir standartlardan yanaşmaya diqqət ayrılacaq. Liftlərin təchiz olunmasına, eskalatorların inşasına müasir standartlardan yanaşırıq. Sovet dövründən qalmış standartlarla indiki standartlar arasında təzad görürük”.
Tribuna.az xəbər verir ki, bu sözləri yol hərəkəti ilə bağlı keçirilən mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
” “Metro 10″ layihələndirmə artıq başa çatıb. İl sonuna tenderlər elan olunacaq. Gələn ildən inşaat işlərinə başlanacaq. Təhlükəsizlik məsələsi bir nömrəli olacaq”, – o bildirib.









