“Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” – Marko Rubio

“Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” – Marko Rubio

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Donald Trampı “sülh prezidenti” adlandırıb və Azərbaycanla Ermənistan arasında bir il əvvəl əldə olunmuş razılaşmaları xatırladıb.

Tribuna.az  xəbər verir ki, Rubio bu barədə “X” sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, 8 avqust 2025-ci ildə Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib.

“Düz bir il əvvəl o, Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi. Əliyev və Paşinyan hər iki ölkə üçün dönüş nöqtəsi olan tarixi Birgə Bəyannaməni imzaladılar”, – deyə Rubio bildirib.