Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu

Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurub.

Tribuna.az  xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Teleqram kanalında bildirib.

O qeyd edib ki, gəmilər avqustun 1-8 arasında “MoLoÇKa” əməliyyatı çərçivəsində Qara və Azov dənizlərində vurulub.

Komandanın sözlərinə görə, gəmilərdən biri Gelencik rayonunda vurulub.

Brovdi əməliyyatın əvvəlcə müəyyən edilmiş 221 gəmi hədəfinə çatdıqdan sonra da davam edəcəyini bəyan edib. O, həmçinin Kerç boğazından gəmi hərəkətinin iyulun 10-dan bəri blokada altında qaldığını bildirib.

Qeyd edək ki, iyulun 6-dan bəri davam edən “MoLoÇKa” əməliyyatının başlanğıcından bu yana Ukrayna qüvvələri ümumilikdə 218 su nəqliyyatına zərbələr endirib. Onlardan 134-ü Azov dənizində, 84-ü isə Qara dənizdə vurulub.