Ukrayna və ABŞ arasında Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin hər ay tədarükü ilə bağlı razılaşma əldə olunub.
Tribuna.az yazır ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, razılaşmaya baxmayaraq, ABŞ-dan göndəriləcək raketlərin sayı Ukraynanın ehtiyaclarını tam qarşılamır və bu il əvvəlki dövrlə müqayisədə tədarük həcmi daha azdır.
Ukrayna əlavə raketlər əldə etmək üçün Avropa ölkələri ilə də danışıqlar aparır. Zelenski bildirib ki, xüsusilə Almaniya və Polşa, həmçinin Skandinaviya ölkələri bu məsələdə Kiyevə kömək edə bilər.
O, həmçinin qeyd edib ki, müharibənin ilk ilində ABŞ-ın keçmiş prezidenti Co Baydendən Patriot sistemlərinin istehsalı üçün Ukraynaya lisenziya verilməsini istəyib. Zelenskinin sözlərinə görə, Kiyev hazırda bu məsələ ilə bağlı sənədləşmə işlərini davam etdirir.
İmran Kərmli









