Küçədə qalan yaşlı qadın qızını axtarır – Foto

Küçədə qalan yaşlı qadın qızını axtarır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayan bu yaşlı qadına təcili kömək lazımdır. Xanımın adının Valya Yeqorovna olduğu bildirilir. Mənə Bakıdan verilən məlumata görə, xanım Yeni Yasamal ərazisində ağır və köməksiz vəziyyətdə tapılıb. Hazırda vəziyyəti normal görünmür, uzun müddət açıq havada qaldığı ehtimal olunur. Ona su və ilkin kömək göstərilib, amma aydındır ki, bununla məsələ həll edilmir.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı İsveçdə yaşayan jurnalist Elbəyi Həsənli paylaşıb. O bildirib ki,
Valya Yeqorovna qızını axtardığını, ona xəbər verilməsini istədiyini deyir:

“Təəssüf ki, yaxınlarının kimliyi və əlaqə məlumatları barədə yetərli məlumat verə bilmir.

Bu qadının evsiz olub-olmadığını, harada yaşadığını və bu vəziyyətə necə düşdüyünü mən bilmirəm. Ona görə də yoxlanılmamış məlumat yaymaq istəmirəm.

Amma fotodan və mənə verilən məlumatdan görünən bir həqiqət var:

Yaşlı bir insan köməksiz vəziyyətdədir və ona təcili yardım lazımdır.

Aidiyyəti dövlət qurumlarından, sosial xidmət orqanlarından və hüquq-mühafizə strukturlarından xahiş edirəm ki, məsələyə operativ müdaxilə etsinlər. Valya Yeqorovnanın şəxsiyyəti dəqiqləşdirilsin, sağlamlıq vəziyyəti yoxlanılsın, təhlükəsiz yerə yerləşdirilsin və yaxınları, xüsusilə axtardığı qızı tapılsın.

Əgər bu xanımı tanıyan, ailəsini və ya qızını tanıyan varsa, xahiş edirəm, aidiyyəti qurumlara məlumat versin.

Bakının ortasında bir ana “qızımı tapın” deyirsə, onun səsinin cavabsız qalmasına imkan verməməliyik”.

Gülşən Rəsul