Qarışıq döyüş növləri üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko Kuinton Ceksonla görüş ərəfəsində azarkeşlərə müraciət edib. “Çempionat” xəbər verir ki, idmançı hazırda məşqlərə kökləndiyini və azarkeşlərdən onun üçün dua etmələrini istəyib. “Hazırda çox ağır yüklənmişəm. Azarkeşlərdən dualarını istəyirəm, qalib gəlməyə çalışacam”, – Yemelyanenko bildirib. Qeyd edək ki, Bellator turniri çərçivəsində döyüş 29 dekabrda Yaponiyada baş tutacaq.









