Yazıçılar Yeni ili necə keçirəcək – SORĞU

Yazıçılar Yeni ili necə keçirəcək – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə gündən sonra Azərbaycan sakinləri Yeni il bayramını qeyd edəcək. Hamıya tanış olan “Yeni ili necə keçirtsən o cür də ili başa vuracaqsan”, deyimi var.

Tribuna.az yazıçılar arasında sorğu keçirdi. Bayramı harada və necə keçirəcəklər?

Qurban Yaquboğlu

Kənddə doğulmuşların əksəriyyətinə məxsus bir yaşantıyla “şəhər limiti”nin dolduğunu hiss eləyirəm. Ona görə yeni il tətilində fürsətdən istifadə eləyib kəndə baş çəkmək istəyirəm. Kənd mənim üçün ilk və son mənzil, həyat və ölüm anlayışlarını özündə cəmləmiş mifik, mistik bir məkandır. Hələ ki, mən oradan həyat gücü, yaşam enerjisi alıram. Bir də zaman və imkan tapmışkən yarımçıq yazılara qayıtmağı düşünürəm. Bunu öz mətnlərində iştirakçılıq kimi qəribə bir ifadəylə izah edərdim.

 

Şərif Ağayar

31-i günü bazar gününə düşür. Əsgərlərlə görüş günüdür. Ona görə böyük ehtimalla Qarabağda hərbi xidmət keçən övladımın yanında olacam. Əgər elə olsa, bayram gecəsini anamgillə keçirəcəm çünki onlar da Qarabağda yaşayır. Əks halda evdə, həmişəki sadə süfrəmizin kənarındayam. Yeri gəlmişkən, 1 yanvar həm də mənim ad günümdür. Hər il yeni illə birlikdə bu günü də ucundan-qulağından qeyd edirik. Yeni il üçün isə oxucularıma sürprizim var: yeni romanım çap olunacaq. Beş ildən sonra növbəti roman yəni…

Qan Turalı

Yeni ili ailə arasında qeyd edəcəm. Uşaq vaxtından belə olub. Düzü istisnaları çıxmaqla…
O ki, qaldı mənim üçün də yeni ildə yeni bir dövrdür. İnsan keçmişə baxması üçün müəyyən bir zaman var. İnanıram ki, yeni ildə xalqımız üçün də çox uğurlu olacaq. Və ümid edirəm ki, gələn il Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaq. Qarabağda yenidən sülh birmənalı və sonsuza qədər bərqərar olacaq.

Sahilə İbrahimova

Mən bayramı ailəm və ailə dostlarımızla birlikdə Qəbələdə keçirəcəyəm. İstədik ki, qar olsun. Gözümüz hava proqnozundadır. Ümid edirik ki, həmin gün qar yağar. İstəyirik ki, yeni il ab-havasını məhz qarla hiss edək.

Sevinc Elsevər

Yeni ili ailəmlə birlikdə Bakıda keçirəcəm. Başqa bir planım yoxdur. Təzə ildə hamıya xoş günlər diləyirəm. Hüzurlu, sevincli, ümidli.