Yaşına görə işdən çıxarılanların NƏZƏRİNƏ

Yaşına görə işdən çıxarılanların NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR dövlət büdcəsindən maliyyələşmədiyinə görə, işçilər üçün yaş həddi yoxdur. Yəni SOCAR-da təqaüd yaşına çatan şəxsləri heç kim işdən azad edə bilməz!

Tribuna.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. O qeyd edib ki, son illər optimallaşdırma adı ilə təqaüd yaşına çatanları, təqaüdçüləri ixtisar edirlər:


“Ölkənin neft sənayesində çalışan işçilərin diqqətinə çatdırıram ki, sizin Əmək Məcəlləsinin bu maddəsini bilməyiniz vacibdir. Bu maddə (ARƏM 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir) dövlət büdcəsindən maliyyələşən müəssisələrə aiddir.

SOCAR dövlət büdcəsindən maliyyələşmədiyindən, işçilər üçün yaş həddi yoxdur. Yəni təqaüd yaşına çatmağınızla əlaqədar heç kim sizi işdən azad edə bilməz!

Əmək müqavilənizə olunan əlavədəki bu bənd isə qeyr-qanunidir.

-İşçi Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1(bir) ay müddətində xitam verilə bilər.

Özünüz istəmədiyiniz halda heç kim sizi bu müqaviləyə qol çəkməyə məcbur edə bilməz.

Əmək Müqaviləsinə qol çəkməmişdən əvvəl hər bəndi diqqətlə oxuyun!”.

Gülşən Rəsul