İran ABŞ ilə danışıqlara hazır olduğunu açıqladı

İran ABŞ ilə danışıqlara hazır olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edib.

Tribuna.az xəbər verir ki, o, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirilən brifinqdə bildirib.

Əraqçi xatırladıb ki, İran hər zaman danışıqlara açıq olub:
“Biz qanuni hüquqlarımızın nəzərə alındığı danışıqlar prosesinin tərəfdarıyıq. İran danışıqlar masasına əyləşməyə hazırdır. Biz nüvə danışıqlarının qarşılıqlı etimada əsaslanan, ədalətli, bərabərhüquqlu və dinc məcrada aparılmasını daim müdafiə etmişik,” – deyə XİN rəhbəri vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, ABŞ-ın niyyətləri xoş niyyətli görünmür.

Əraqçi həmçinin bu məsələ ilə bağlı Türkiyə Prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərin balanslı və məsuliyyətli mövqeyinə görə İrana təşəkkür etdiyini bildirib:
“Hər iki ölkə bu qənaətdədir ki, regiondan kənar qüvvələrin qanunsuz müdaxilələri bölgəni ciddi təhlükə ilə üz-üzə qoyur. Bu cür böhranların nəzarətdə saxlanılması üçün ikitərəfli əməkdaşlığa ehtiyac bu gün hər zamankından daha çox hiss olunur,” – deyə o əlavə edib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə İrana qarşı hərbi müdaxilənin əleyhinədir. Onun sözlərinə görə, problemin həlli üçün ən uyğun yol danışıqların başlanmasıdır.

İmran Kərimli