“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarətmə” Publik Hüquqi Şəxs ötən gün iki tender elanı verib.
Tribuna.az xəbər verir ki, qurum Xocalının iki kəndində cari təmir işləri həyata keçirəcək.
Belə ki, İdarəetmə Xidməti əvvəlcə Xocalı rayonu, Pirlər kəndində 40 fərdi yaşayış evinin cari təmirini həyata keçirmək fikrindədir. Bununla bağlı 2 milyon 532 min 49 manat vəsait ayırıb.
Digər cari təmir işləri isə Xocalı rayonu, Xanyurdu kəndindəki 32 fərdi yaşayış evini əhatə edəcək. Xidmət bu işlər üçün isə 2 milyon 239 min 551 manat vəsait ayırlmağı planlaşdırır.
Maraqlıdır, bir il əvvəl sakinlərə təhvil verilmiş evlərin cari təmirə nə kimi ehtiyacı var?
Fərda Uğur









