Xankəndi stadionunda təmir işləri nə yerdədir? – Nazir açıqladı

Xankəndi stadionunda təmir işləri nə yerdədir? – Nazir açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xankəndi şəhər stadionunda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir”.
Bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq gənclər və idman naziri Fərid Qayıbov deyib.
“Təmirdən sonra oyunlar keçiriləcək. Xankəndi şəhər stadionunda davamlı oyunların keçirilməsini planlaşdırırıq”, – nazir əlavə edib.
Qeyd edək ki, Xankəndi şəhərində yerləşən stadionda ilk oyunun dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Matçın Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK  arasında keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib.