Xandanyan: “Azərbaycandan qaz almaq ciddi seçimlərimizdən biridir”

Xandanyan: “Azərbaycandan qaz almaq ciddi seçimlərimizdən biridir”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycandan təbii qaz almaq üçün plana malikdir.

Tribuna.az xəbər verir ki, bunu erməni deputat Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistan enerji təhlükəsizliyini təmin etmək və enerji mənbələrini şaxələndirmək üçün Azərbaycandan birbaşa təbii qaz idxal etmək imkanlarını aktiv şəkildə araşdırır. “Azərbaycandan qazın alınması masadakı ciddi variantlardan biridir”.

Fərda Uğur