“WhatsApp”da nömrəsiz əlaqə dövrü başlayır

“WhatsApp”da nömrəsiz əlaqə dövrü başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.

Tribuna.az  xəbər verir ki, artıq istifadəçilər bir-birini ləqəb (nik) vasitəsilə tapa biləcəklər. Beləcə, şəxsi telefon nömrəsini paylaşmadan zəng etmək və yazışmaq mümkün olacaq.

Bu yeniliyin əsas məqsədi – məxfilik səviyyəsini artırmaq və əlaqə qurma prosesini sadələşdirməkdir.

Məlumata görə, funksiyanın iş prinsipi “Telegram” platformasındakı analoji xüsusiyyətə bənzəyir və yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.