Uşaqlar üçün ən faydalı idman növləri hansılardır? – Həkim AÇIQLADI

Uşaqlar üçün ən faydalı idman növləri hansılardır? – Həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim, uşaq kardioloqu Elnur İmanov uşaqlar üçün ən faydalı idman növlərini açıqlayıb.

Tribuna.az xəbər verir ki, həkim idman növlərini faydasına və təhlükəsizliyinə görə sıra ilə qeyd edib. Həkimin faydalı idman növləri sıralamasını təqdim edirik:

5 – Futbolu 5-ci sıraya qoymaq olar. Çünki fiziki hərəkətlilik var, trava da var. Həmçinin həyacan da olur. Ona görə də bu idman növünü bir qədər arxa sıralara qoysaq, məntiqə daha uyğun olar.

4 – Gimnasitanı 4-cü sıraya qoya biləərik. Çünki fiziki hərəkətlilik var, ancaq akrobatik hərəkətlər də var deyə bu idman növünü ön sıralara qoya bilmərik. Bu idmanda əzələ dartınması, travma ehtimalları da çoxdur.

3 – Yüngül qaçışı 3-cü sıraya qoya bilərik. Çünki bu idman növündə çox da ağır və əziyyətli bir şey yoxdur.

2- Velosipedlə məşğul olmağı 2-ci sıraya qoymaq olar. Çünki əzələlər işləyir, ancaq yenə də velosipedin düzgün yerlərlə sürülməsi tövsiyyə olunur. Çünki travma almaq, ağır yaralanmaq mümkündür.

1 – Üzmək 1-cı sırada gələn ən faydalı idman növüdür. Bütün əzələlər işləyir, bel incəlir, bədən dincəlir. Bu idman növünün faydası çoxdur.

https://www.instagram.com/reel/DZxf3kttHvR/?igsh=MTBncmFueGIyMmNwdQ==

Nigar İxtiyarqızı