Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.
Tribuna.az-ın məlumatına görə, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.
Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo









