Uşaqlar arasında səpkili infeksiyalardan qızılcadan başqa su çiçəyi də yayılıb. Uşaqlar arasında yayılmaqda olan xəstəliklər təkcə bunlar deyil. Valideynlər diqqətli olsa, yaxşı olar.
Tribuna.az yazır ki, bu barədə məlumatı pediatr Vaqif Qarayev paylaşıb. Həkim bildirib ki, həmçinin son vaxtlar qızdırma fonunda tutmaşəkilli öskürəklə müşayiət olunan xəstəlik də yayılıb:
“Bu, mövsümi virus ola bilər. Amma göyöskürək də yayılmaqdadır. Bağça və məktəblərdə nəzarət gücləndirilməlidi. İnfeksiyaların idarəolunan səviyyədə qalması üçün bu mütləqdir. Peyvənd isə həmişə və hər xəstəlikdə vacibdir. Bütün uşaqlar zamanında yayılmaqda olan xəstəliklərə qarşı kütləvi peyvənd olunsaydı, biz indi bu kimi halları müşahidə etməzdik”.









