Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sumqayıtda itkin düşən və dünən meyiti tapılan tələbəsi ilə bağlı paylaşım edib.
Tribina.az xəbər verir ki, meyiti tapılan Adil Kərimov UNEC-in 4-cü kurs tələbəsi olub.
“UNEC ailəsinə ağır itki üz verib.
Rəqəmsal İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Adil Kərimovun vəfatı bizi dərindən kədərləndirdi.
UNEC ailəsi olaraq tələbəmizə Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!”, – deyə universitetin sosial şəbəkə səhifəsində paylaşılıb.
Xatırladaq ki, A.Kərimov bir müddət idi ki, itkim düşmüşdü. O evden çıxmış və bir daha geri qayıtmamışdıq. Dünən isə Sumqayıt bulvarında gəncin meyiti tapılıb.
Gülşən Rəsul










