Yeni metro stansiyasının adı belə olacaq

Yeni metro stansiyasının adı belə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 20 sentyabr metro stansiyası olacaq.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.