Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyərtəsində ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin olduğu təyyarə Moskvada eniş edib.

Tribuna.az xəbər verir ki, bu barədə “İnterfaks” aviasiya xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

“Təyyarə “Vnukovo” hava limanına eniş edib”, – agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp xüsusi nümayəndələrinin Moskvaya sülh təklifi aparacaqlarını açıqlayıb. Bundan başqa, Ukrayna Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqədar 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək üçgünlük atəşkəs elan edib.