ABŞ Silahlı Qüvvələri Fars körfəzində, Xark adası yaxınlığında İranın neft tankerünə raket zərbəsi endirib.
Tribuna.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.
Məlumata görə, hazırda gəmi heyətinin təxliyəsi həyata keçirilir.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, Buşəhr vilayətinin tərkibinə daxil olan Xark adası İran üçün böyük strateji və iqtisadi əhəmiyyət kəsb edir.
Ölkənin neft ixracının böyük hissəsi məhz burada yerləşən terminal vasitəsilə həyata keçirilir.









