Ukraynada hərbi təyyarə qəzaya uğrayıb – 4 nəfər ölüb

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb – 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.

Göyərtəsində 7 nəfərin olduğu təyyarə İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu edirmiş.

Qəzaya uğrayan təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

Hadisə yerin 41 xilasedici və 7 xüsusi texnika cəlb edilib.