Ukrayna silahlı qüvvələri Lisiçanskı vurarkən iki yerli parlamentari – Artyom Trostyanski və İvan Juşma həlak olub.
Tribuna.az xəbər verir ki, bu barədə Lisiçansk meri Eduard Saxnenko öz Telegram kanalında məlumat verib.
“Onlar çətin vaxtlarda şəhərin bərpasında fəal iştirak etməkdən çəkinməyən, ona səmimi qəlbdən firavanlıq arzulayan insanlar idi”, – mer bildirib.
Bundan əvvəl Ukrayna ordusu LXR-in “fövqəladə hallar naziri” Aleksey Potelesçenkonu zərərsizləşdirib.









