UKRAYNA 3 KƏNDİN GERİ ALINDIĞINI AÇIQLADI

UKRAYNA 3 KƏNDİN GERİ ALINDIĞINI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı əks hücuma keçdiyini təsdiqləməsindən sonra Ukraynanın üç kəndi Rusiyadan geri alınıb.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukrayna əsgərlərinin Donetskdə Blahodatne və Neskuçne bölgələrində bayram keçirdikləri görünür.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar yaxınlıqdakı Makarivka qəsəbəsinin də Rusiya ordusundan geri alındığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə gecəsi Rusiyaya qarşı əks-hücuma keçdiklərini təsdiqləyib.

Qeyd edək ki, Ukrayna ordusunun geri aldığını iddia etdiyi üç kəndlə bağlı Moskvadan heç bir açıqlama verilməyib.