UEFA Super Kubokunda kimlər qarşılaşacaq?

UEFA Super Kubokunda kimlər qarşılaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il UEFA Superkubokunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” klubları qarşılaşacaq. 

Tribuna.az xəbər verir ki, oyun avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.
PSJ Superkuboka Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris təmsilçisi finalda “Arsenal”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə PSJ penaltilər seriyasında 4:3 hesabı ilə üstün olub.
“Aston Villa” isə Avropa Liqasının finalında Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Beləliklə, UEFA Superkuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.