Yunanıstanın Rodos adasında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Təbiət hadisəsi Mərmərə, Dalaman və Fəthiyədə hiss edilib. Zəlzələnin episentri Rodosun 30 km cənub-şərqində, yerin 2 km dərinliyində yerləşib.
Təkanın dağıntı və tələfata səbəb olub-olmadığı barədə məlumat verilmir.









