Türk ekspert: “C-130 təyyarəsi ilə bağlı diversiya versiyası araşdırılmalıdır”

Türk ekspert: “C-130 təyyarəsi ilə bağlı diversiya versiyası araşdırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fərqli versiyalar araşdırılmalıdır, lakin əsas götürülməli olan budur ki, C-130 zamanla sınaqdan çıxmış etibarlı hərbi-nəqliyyat təyyarəsidir. Bu modelin son məlum insidenti 1982-ci ildə baş verib”.

Tribuna.az xəbər verir ki, bunu Türkiyəli ekspert, ehtiyatda olan hərbçi Coşkun Başbuğ deyib. O bildirib ki, texniki nasazlıq ehtimalını istisna etmək lazımdır. “Hava şəraiti də səbəb deyil, çünki pis hava olsaydı, aidiyyəti qurumlar bu barədə məlumat verərdilər. Hava toqquşması, diversiya və ya hücum ehtimalları nəzərdən keçirilməlidir.” Qeyd edək ki, eyni mövqeni təhlükəsizlik məsələləri üzrə digər ekspert İbrahim Keleş də bölüşüb. Onun sözlərinə görə, qəzanın müxtəlif səbəbləri nəzərdən keçirilməlidir. “Texniki nasazlıq, pilotun səhvi, mövsümi və hava şəraiti amilləri, zəif görünüş. Lakin xarici təsir ehtimalı da mövcuddur”. Hərbi ekspert Kazım Dalkıran isə ehtimal edib ki, C-130 hava hücumundan müdafiə vasitələri ilə vurula bilərdi: “Sərhəd bölgələrində bəzi HHM sistemləri daimi döyüş hazırlığında olur və tanınmayan təyyarələri avtomatik şəkildə vura bilər. Lakin bu məsələdə Müdafiə Nazirliyinin açıqlamasını gözləmək lazımdır”. Türkiyə Silahlı Qüvvələrinin keçmiş logistika komandanı, istefada olan ordu generalı Erdogan Karakuş isə Türkiyə televiziyasına müsahibəsində bildirib ki, C-130 təyyarələri köhnə olsa da, ölkədə tam modernləşdirilib və hər uçuşdan əvvəl texniki vəziyyəti ciddi şəkildə yoxlanılır. Onun sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələri C-130 təyyarələrindən 2040-cı ilə qədər istifadə etməyi planlaşdırır.

Fərda Uğur