Türkiyəin Bursa şəhərində yaşayan çayçı açdığı çay evinə qoyduğu adla böyük marağa səbəb olub və düz 10 ildir bu adla işləyən çayxandan müştəri əskik olmur.
Bizimyol.info xəbər verir ki, çayçı Cemil Turşuçular çay evinin adını “Taxtası əskik olanların toplanma mərkəzi” adlandırıb. Çay evinə gələn kişilərin əksəriyyəti işsiz adamlar olduqları üçün bu ad altında toplanmaq öncə onları narahat etməyib. Daha sonra iş-güc sahibləri də məmnuniyyətlə bu məkana axışmağa başlayıb.










