Tramp PKK/YPG terror təşkilatını Türkiyə sərhədindən 30 km geri çəkilməyə çağırıb

Tramp PKK/YPG terror təşkilatını Türkiyə sərhədindən 30 km geri çəkilməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp PKK/YPG terror təşkilatını Türkiyə-Suriya sərhədindən 22 mil (30 km) məsafəyə qədər geri çəkilməyə çağırıb.

TİA.AZ-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Tramp deyib ki, YPG də sərhəddən 22 mil geri çəkilməyə meyllidir və bu, yaxşı bir şeydir.

ABŞ Prezidenti YPG-nin hərbi hava qüvvələrinə malik Türkiyə ilə mübarizə aparmasının mümkünsüz olduğunu vurğulayıb. D. Tramp ABŞ əsgərlərinin Türkiyə-Suriya sərhədi boyunca bölgələrdən geri çəkilməsinə də toxunub: “Öz sərhədlərimizi qoruya bilmədiyimiz halda əsgərlərimizi Türkiyə-Suriya sərhədində 50 il saxlaya bilmərik. Əks qərar versəydim, desəydim ki, Türkiyə –Suriya sərhədində qalacaq, Türkiyəni məğlub edəcəyik, yenə də aldığım qərara mənfi reaksiya olacaqdı”.