Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, tenderin məqsədi parklarda quraşdırılacaq idman və əyləncə ləvazimatlarının satın alınmasıdır.
Məlumatda bildirilir ki, tenderin qalibi “TEXNOPARK AS” MMC olub. Şirkət ləvazimatların alınmasına görə, MKTB-dən 118 min 708 manat ödəniş alacaq.
Qeyd edək ki, Suraxanıda bu vəsaitə 2 ədəd söhbətgah, 5 dəst uşaq oyun qrupu, 26 ədəd oturacaq, 2 ədəd ikili balans, 4 ədəd ikili ayaq aləti, 2 ədəd ikili yelləncək, 4 ədəd “uzaylı yerişi”, 4 ədəd ayaq idman avadanlığı, 4 ədəd ayaq presi və 4 ədəd pres aləti alınacaq.
Fərda Uğur









