Myanmada silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, Myanma mətbuatında yer alan xəbərlərə görə, Şan əyalətinin şimalındakı Laukkaing şəhərindəki Yan Lon Kyainq Sərhəd Qapısı “Üç Qardaş Alyansı” tərəfindən işğal olunub.
Bu, Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA) adı altında bir araya gələn Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA), Buddist Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusundan silahlı qruplar tərəfindən ələ keçirilən 5-ci keçid məntəqəsi idi.
Dekabrın 18-də baş verən qarşıdurmalardan sonra silahı yerə qoyması nəticəsində MNDAA ünsürlərinin sözügedən sərhəd qapısına nəzarəti ələ keçirdiklərini iddia ediblər. Digər tərəfdən Taanq Milli Azadlıq Ordusu vilayətin iki şəhərinin ələ keçirildiyini iddia edib.









