Norveçdə onlarla itin ölümünə səbəb olan sirli xəstəlik yayılıb.
Axar.az-ın məlumatına görə, ölkənin qida sektorunun rəsmiləri son günlər 40-dan çox itin xəstələndiyini və dərhal öldüyünü açıqlayıblar.
Mütəxəssislər xəstəliyin mənşəyini aşkar edə bilmədiklərini deyiblər.
Xəstəliyin paytaxt Olsoda üzə çıxdığı, sonra isə digər şəhərlərə də yayıldığı qeyd edilib.









