Evindən cinayətkar tapılan aparıcı Fira kimdir – Dosye, Foto

Evindən cinayətkar tapılan aparıcı Fira kimdir – Dosye, Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Fira Cəlilovanın evində gizlənən şəxsin kimliyi məlum olub.
Polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.

Bəzi xəbərlərə görə, həmin şəxs aparıcının evində gizlədilib.

Özü isə iddiaları təkzib edib. “Həyətimizdən kiminsə tapılmasından xəbərimiz belə yoxdur. Nə götürülən mobil telefonlar qaytarılıb, nə boyunbağı, nə də üzük qaytarılıb. İndi araşdırma gedir. Başım çıxmır ki, bu, nə məsələdir. İstintaq tədbirini kim keçirib, harada keçirilib, hansı rayon keçirib? Bizim evdə bilə-bilə kimsə gizlədilibsə, məni niyə tutub aparmırlar? Cinayətkarı saxladığım halda mən də cinayətkar olmalıyam axı. Məni niyə tutmurlar, məsuliyyətə cəlb etmirlər?”

Bu sözləri Pravda.az-a aparıcı Firuzə Cəlilova deyib.

Tribuna.az yazır ki, Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.

2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı. 2019-indiyə kimi Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi olan “ASK Xidmət” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəridir.

Həsən Ağa