“TRİPP layihəsi İranın tranzit mövqeyinə təsir edə bilər”

“TRİPP layihəsi İranın tranzit mövqeyinə təsir edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-Avrasiya Araşdırmalar İnstitutunun anti-Azərbaycan mövqeyi ilə tanınan eksperti Vəli Kaleci  “Donya-e-eqtesad” qəzetində daha bir yazı ilə çıxış edib.

Tribuna.az xəbər verir ki, o, Zəngəzur dəhlizinə qarşı olduğunu qeyd edib.

Kaleci bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi İranın Cənubi Qafqazdakı tranzit mövqeyinə təsir göstərə bilər. “TRIPP layihəsi Azərbaycanın əsas ərazisini Naxçıvanla Ermənistanın Sünik əyaləti vasitəsilə birləşdirməyi nəzərdə tutur. İran tərəfi isə bu marşrutun həyata keçirilməsinin bölgədəki mövcud nəqliyyat əlaqələrinə və Tehranın tranzit imkanlarına təsir göstərə biləcəyindən narahatdır”.

Onun sözlərinə görə, İran bu narahatlığa yalnız siyasi etirazlarla cavab verməməli, alternativ nəqliyyat marşrutlarını inkişaf etdirməklə öz mövqeyini gücləndirməlidir”.

Kaleci sonda qeyd edib ki, İran TRIPP layihəsinin yaratdığı yeni regional reallıqları nəzərə almalı, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafını izləməklə yanaşı, öz marşrutlarını daha səmərəli və cəlbedici etməyə çalışmalıdır.

Fərda Uğur